Qazaxda “Şəhidlər Ölməz Vətən Bölünməz" layihəsi həyata keçirilir » Göyəzən internet portalı


Qazaxda “Şəhidlər Ölməz Vətən Bölünməz" layihəsi həyata keçirilir

Qazaxda “Şəhidlər Ölməz Vətən Bölünməz" layihəsi həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyi "Şəhidlər Ölməz Vətən Bölünməz" layihəsinin icrası çərcivəsində şəhid Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş gənclər və yeniyetmələr arasında mini-futbol və qol güləşi idman növləri üzrə xatirə turnirləri həyata keçirir.

Artıq 30 oktyabr-2 noyabr 2017-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində keçirilən mini-futbol turniri yekunlaşıb. Turnirdə rayonun orta məktəb şagirdlərindən ibarət komandalar iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşlər nəticəsində qaliblər müəyyən olub.

I Şıxlı kənd tam orta məktəbin komandası I yerə, M.Hüseyn adına məktəb-liseyin komandası II yerə, Kommuna kənd tam məktəbin komandası isə III yerə layiq görülüblər. Qalib komandalar diplom və medallarla mükafatlandırılıblar.
Qazaxda “Şəhidlər Ölməz Vətən Bölünməz" layihəsi həyata keçirilir
"Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev GOYEZEN.AZ saytına bildirib ki, layihənin əsas məqsədi sərhəd rayonu olan Qazax rayon gənclərinin asudə vaxtlarını düzgün və səmərəli təşkil etməkdir. Eyni zamanda, düşmənlə təmas xəttində gedən döyüş zamanı şəhid olmuş, Qazax rayonunun Daş Salahlı kənd sakini şəhid Süleymanov Süleyman Elçin oğlunun xatirəsini əziz tutmaq, daima yad etmək, onun ailəsinə mənəvi dəstək olmaq, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, Vətənə və dövlətə bağlılığın artırılması, sağlam həyat tərzinin təbliği və gənclərin bədən tərbiyəsi, idmana yönəlməsidir.
Turnirdə iştirak edən şəhid Süleyman Süleymanovun valideynləri təşkilat komitəsinə öz minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən qol güləşi üzrə yarış 12 noyabr 2017-ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində keçiriləcəkdir.


Facebook-da paylaş