• Təqvim

  • Unutma

  • Maraq



Şəhid ailələrinə bayram sovqatları verilib

Şəhid ailələrinə bayram sovqatları verilib
Fəaliyyətə başladığı ilk gündən milli adətlərimizə, bayramlarımıza dəyər vermək HGC GROUP MMC-də artıq ənənə halını alıb. Cəmiyyətdə (Qazax Sement Zavodunda) Ramazan bayramı münasibətilə şəhid ailələrinə və zavodun kollektivinə bayram sovqatları verilib.

Xeyirxahlıq missiyasına sadiq qalan cəmiyyət Ramazan bayramında həmişə olduğu kimi bu il də şəhid ailələrini yaddan çıxartmayıb. Belə ki, istehsal müəssisəsinin yerləşdiyi rayonun Daş Salahlı kəndində, eləcə də zavodda çalışan şəhid ailələrinə diqqət və qayğı ilə yanaşan zavod kollektivi bayram və əlamətdar günlərdə həmişə onların yanında olur, maddi və mənəvi cəhətdən köməklik göstərir.
Şəhid ailələrinə bayram sovqatları verilib
Ramazan bayramı ərəfəsində kollektivin üzvləri yenə də Daş Salahlı kəndində, eləcə də rayon ərazisində yaşayan və zavodda çalışan şəhid ailələri ilə görüşərək onlara bayram sovqatları verib.
Şəhid ailələrinə bayram sovqatları verilib
Daş Salahlı kənd icra nümayəndəliyində keçirilən görüşdə insan resurslarının idarəedilməsi şöbəsinin rəisi Aqil Hacıyev, administrativ bölmə rəisi Vüsal Əliyev çıxış edərək şəhid ailələrini Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildirib.

Həmin gün Daş Salahlı kəndində yaşayan 24, zavodda işləyən 8 şəhid ailəsinə, eyni zamanda zavodda çalışan 520 nəfər işçiyə də cəmiyyət tərəfindən bayram sovqatları verilib.

Şəhid ailələrinə bayram sovqatları verilib
GOYEZEN.AZ



Facebook-da paylaş