Ürəklərdə yaşayan Qaratel...
Qaratel Aşağı Əskiparada müharibə getdiyindən öz kəndlərində kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Qaratel həm də döyüşçülərlə birgə səngərdə bərabər döyüşürdü.
1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti dəfə güclü hücuma keçirlər. Düşmənlə qeyri-bərabər döyüşdə Qaratel əsir düşür. O, düşmən əlinə sağ keçməmək üçün özünü öldürür.
Q.Hacımahmudova ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olumuşdur.
Şəhidlərimiz haqqında ərsəyə gələn növbəti sənədli film isə "Azərbaycan bayrağı" ordeni təltif olunmuş Q.Hacımahmudovanın vəfatının 25-ci ildönümü ilə əlaqədar çəkilmiş "Qaratel" sənədli filmidir.
Bu gün Mədəniyyət Mərkəzində "Qaratel" filminin təqdimat mərasimi olub. Mərasimdə iştirak edənlər Q.Hacımahmudovanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək qeyd edib ki, film öz şəxsi təşəbbüsümlə 2009-2010-cu illərdə İctimai televiziyada çəkilib. Müəllif bildirib ki, belə filmlərin çəkilməsində məqsəd gənc nəslə vətənpərvərlik hissini aşılamaq və Milli Qəhrəmanlarımızı, şəhidlərimizi, Qaratel kimi igid qadınlarımızı yaddan çıxarmamaqdır.
Filmdə Q.Hacımahmudovanın keçdiyi döyüş yoluna nəzər salınıb, yaxınlarının, doğmalarının və döyüş yoldaşlarının şəhid haqqında fikirləri toplanıb.
Facebook-da paylaş