• Təqvim

  • Unutma

  • Maraq



SHXÇDX-nin Qazax rayon şöbəsinin əməkdaşları şəhid ailələrini bayram ərəfəsində ziyarət ediblər


"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” deyərək müqəddəs bir amal uğrunda döyüşə atılan və ölümün gözünə dik baxan qeyrətli Qazax övladları çoxdur. Vətən torpaqlarının ərazi bütövlüyü tam olsun deyə Qazax rayonu da 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan QazaxınBağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. İstər rayon rəhbərliyi, istərsə də rayonda fəaliyyət göstərən hər bir təşkilatın rəhbərliyi şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşır. Rayon rəhbəri tərəfindən şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bütün əlamətdar günlərdə, bayramlarda da anılır, şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin kollektivi də şəhid ailələrini mütəmadi olaraq yad edir, onların gündəlik qayğıları ilə maraqlanır. Şöbə tərəfindən şəhid ailələri ilə keçirilən görüşlər demək olar ki, artıq bir ənənə halını alıb. Şöbənin əməkdaşları bütün bayramlarda olduğu kimi, bu dəfə də öz ənənəsinə sadiq qalaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində da şəhid ailələrini ziyarət ediblər.

Şöbənin şəxsi heyəti əlamətdar bayramlar münasibətilə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Qazax igidlərinin evlərində qonaq olub, onların ailələrinə mənəvi dəstək olublar.

Cəfərli kəndində şəhid Almazov İsə Ziyad oğlunun, Fərəhli kəndində şəhid Qurbanov Qoşqar Məqsəd oğlunun, Xanlıqlar kəndində şəhid Məmmədov Akşin Vəlyəddin oğlunun və Süleymanov Vüqar İdris oğlunun, şəhərdə 
şəhid Mustafayev Niyaz Mustafa oğlunun
ailələrini ziyarət edərək onların daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayorMehman Rəhimov şəhid ailələri ilə keçirilən görüşlərdəçıxış edərək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə Prezident İlham Əliyev, Biirinci vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş