Şəhid ailələrinə bayram sovqatları verilib » Göyəzən internet portalı


Şəhid ailələrinə bayram sovqatları verilib

Şəhid ailələrinə bayram sovqatları verilib
Respublikanın hər yerində olduğu kimi HGC GROUP MMC-də də xalqımızın milli bayramı olan Novruz bayramı qeyd olunub. Fəaliyyətə başladığı ilk gündən milli adətlərimizə, bayramlarımıza dəyər vermək HGC GROUP MMC-də artıq ənənə halını alıb.
Şəhid ailələrinə bayram sovqatları verilib
Xeyirxahlıq missiyasına sadiq qalan cəmiyyət Novruz bayramında həmişə olduğu kimi bu il də şəhid ailələrini yaddan çıxartmayıb. Belə ki, istehsal müəssisəsinin yerləşdiyi rayonun Daş Salahlı kəndində, eləcə də rayon ərazisində yaşayan və zavodda çalışan şəhid ailələrinə diqqət və qayğı ilə yanaşan zavod kollektivi bayram və əlamətdar günlərdə həmişə onların yanında olur, maddi və mənəvi cəhətdən köməklik göstərirlər. Neçə illərdir ki, başlanmış bu xeyirxahlıq tədbirləri artıq bir ənənə şəklini alıb.
Şəhid ailələrinə bayram sovqatları verilib
Novruz bayramında kollektivin üzvləri yenə də Daş Salahlı kəndində, eləcə də rayon ərazisində yaşayan və zavodda çalışan şəhid ailələri ilə görüşüb, onlara bayram sovqatları verib.
Şəhid ailələrinə bayram sovqatları verilib
Daş Salahlı kənd icra nümayəndəliyində keçirilən görüşdə insan resurslarının idarəedilməsi şöbəsinin rəisi Aqil Hacıyev, administrativ bölmə rəisi Vüsal Əliyev, işlər idarəsinin aparıcı mütəxəssisi Nizami Zeynalov və administrator Sübhan Qarakişiyev çıxış edərək şəhid ailələrini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
Şəhid ailələrinə bayram sovqatları verilib
Həmin gün Daş Salahlı kəndində yaşayan 21, zavodda işləyən 11, ümumiyyətlə isə 32 şəhid ailəsinə cəmiyyət tərəfindən bayram sovqatları verilib.

Şəhid ailələrinə bayram sovqatları verilib
GOYEZEN.AZ


Facebook-da paylaş