Qazaxda şəhid Qaratel Hacımahmudovanın adını daşıyan bulaq yenidən qurulur - YENİLƏNİB
Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq
şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən
Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların ailə üzvlərinə
olan qayğı həmişə yüksək səviyyədədir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu gündən atdığı
ilk addım məhz şəhidlər qəbiristanlıqlarını və xiyabanlarını ziyarət etmək
oldu. Rayonda aparılan abadlıq və quruculuq işlərinə məhz həmin müqəddəs
məkanlarda görülən işlərlə start verildi. Şəhidlərimizin uyuduğu qəbiristanlıqlar,
onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar
abadlaşdırıldı, yeniləndi, əsaslı şəkildə təmir edilərək şəhidlərimizin adına
layiq hala gətirildi. Rayon rəhbərinin
şəhidlərimizə olan sonsuz ehtiramı bununla da bitmədi. Onun təşəbbüsü ilə şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı əsl xiyaban adını daşıyacaq görkəm aldı.
Xiyabanda aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks
olunmuş lövhənin vurulması, 280-dən artıq şəhidin cismani ruhunun bir məkanda
toplanması şəhidlərimizə, onların ruhuna ən böyük töhfə oldu. Bəli, bu gün nəinki şəhid
ailələri, rayon sakinləri, eləcə də Qazaxa ayrı-ayrı dövlətlərdən gələn
qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial
önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən
keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən
tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi
olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır,
onlarla bir daha qürur duyurlar. Rayon rəhbərinin şəhidlərimizə
verdiyi yüksək dəyəri özündə əks etdirən işlərdən biri də onların adlarını
daşıyan bulaqların tikilməsi, eyni zamanda da təmir olunmasıdır. Son 3 ildə
rayonda Aprel şəhidləri kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, əsgər
Orxan Əliyevin, şəhidlərin qız qardaşı adlandırdığımız Vəfa (Mansurova) Dəmirçioğlunun
adlarına şəhərin mərkəzində yeni bulaqların tikilməsi, Milli Qəhrəmanlarımızdan
Alı Mustafayevin, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Şamoy Çobanovun, yenə də
şəhidlərimizdən Şahvələd Abbasovun, Qoşqar Qurbanovun adlarını daşıyan, "Şəhid
Polislərin xatirəsinə”, "1 gün 31 şəhidin xatirəsinə” olan bulaqların yenidən
qurulması bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Artıq bir neçə gündür ki,
rayon rəhbərinin tapşırığına əsasən daha bir şəhidimizin - Hacımahmudova
Qaratel Şəmi qızının adını daşıyan və şəhərin
mərkəzində yerləşən bulaq yenidən qurulur. Bütün şəhidlərimiz kimi "Azərbaycan Bayrağı" ordenli şəhidimizin
Vətən, torpaq uğrunda göstərdiyi şücaət, qəhrəmanlıq da hər zaman yüksək qiymətləndirilir.
Bu gün onun xatirəsinə olan bu bulağın yenidən qurulması şəhidlərimizə olan
hörmət və ehtiramın bundan sonra da daim yüksək tutulması deməkdir. Məlumat
üçün qeyd edək ki, Hacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə
Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı
Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1965-ci ildə həmin
məktəbin onuncu sinfini bitirmişdir. Bakı şəhərində Ticarət Texnikomunu, Xalq Təsərrüfatı
İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində
erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci
ildə Aşağı Əskipara kəndi uğrunda gedən
döyüşdə şəhid olmuşdur. O, 1994-cü ildə Azərbaycan
Respublikası Prezidenti tərəfindən "Azərbaycan
Bayrağı" ordeni ilə təltif
olunmuşdur. Şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını
daşıyır.
GOYEZEN.AZ
Facebook-da paylaş