• Təqvim

  • Unutma

  • Maraq



“Xocalı harayı”

“Xocalı harayı”
Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı anım tədbiri keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi yad edilib. Sonra mərkəzin eksponat zalında Ubiq Window-da “Xocalı harayı” adlı film nümayiş etdirilib.
“Xocalı harayı”
Mərkəzin direktoru Ceyhunə Hüseynova məruzə ilə çıxış edərək bildirib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən amansız faciədir. Xocalı soyqırımı Azərbaycanın siyasətinin əsas istiqamətlərindən biridir. Faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasında və təbliğat işlərinin aparılmasında Heydər Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlanmış “Xocalıya ədalət” beynəlxalq kompaniyasının xüsusi rolu var. Xocalı faciəsini tam səviyyədə qətliam kimi Pakistan və Sudan dövlətləri tanıyır. 10 ölkə parlament səviyyəsində, həmçinin ABŞ-ın 21 ştatı Xocalını qətliam olaraq tanıyıb. Xocalının xatirəsinə 6 ölkədə 9-dan çox abidə ucaldılıb.

Sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, mədəniyyət mərkəzinin direktoru Zahidə Həsənova və başqaları çıxış edərək Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş ən dəhşətli qətliam olmasından söz açıblar.
“Xocalı harayı”
Tədbirin sonunda şəhər 2 saylı tam orta məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyib, bədii kompozisiya nümayiş etdiriblər.

GOYEZEN.AZ


Facebook-da paylaş