Qazax rayonu şəhid verib
GOYEZEN.AZ saytı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən xəbər
verir ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri
cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.
Axşam
saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması
nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi
qulluqçusu, 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış Yuxarı
Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Şəhidlə vida mərasimi bu
gün doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində saat 11:00-da evində keçiriləcəkdir.
Şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr
diləyirik!
Facebook-da paylaş