HGC GROUP MMC-də şəhid ailələrinə bayram sovqatı verilib » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq



HGC GROUP MMC-də şəhid ailələrinə bayram sovqatı verilib

HGC GROUP MMC-də şəhid ailələrinə bayram sovqatı verilib
Şəhid ailələrinə yardım etmək, onlara diqqət və qayğı göstərmək HGC GROUP MMC-də artıq ənənə şəklini alıb. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kollektivin üzvləri yenə də şəhid ailələri ilə görüşüb.
HGC GROUP MMC-də şəhid ailələrinə bayram sovqatı verilib
Zavodun yerləşdiyi Daş Salahlı kəndində keçirilən görüşdə zavodun insan resurslarının idarə edilməsi şöbəsinin rəisi Aqil Hacıyev, administrativ bölmə rəisi Vüsal Əliyev və başqaları çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidləri yad edib, bayram münasibətilə onların yaxınlarını, ailə üzvlərini təbrik ediblər.
HGC GROUP MMC-də şəhid ailələrinə bayram sovqatı verilib
Şəhid ailələrindən Sürəyya Cəbiyeva, Pəri Pənahova, Xalsa Məmmədova və başqaları çıxış edərək onlara göstərdikləri diqqət və qayğıya görə zavodun rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şəhid ailələrinə bayram sovqatları verilib.
HGC GROUP MMC-də şəhid ailələrinə bayram sovqatı verilib
GOYEZEN.AZ-a zavoddan verilən məlumata görə həmin gün ümumiyyətlə, 32 şəhid ailəsinə - aprel döyüşlərində həlak olmuş hər üç şəhid ailəsinə, zavodun özündə çalışan 9 şəhid ailəsinə və eyni zamanda Daş Salahlı kəndində yaşayan 20 şəhid ailəsinə maddi yardım göstərilib və bayram sovqatları verilib.


Facebook-da paylaş