Əsas Səhifə > Rəsmi > "ASAN xidmət" Qazaxın sərhəd bölgəsində

"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində


10-12-2017, 13:05
"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində
Xəbər verdiyimiz kimi, "Mobil Səyyar ASAN xidməti"nin nümayəndələri dekabrın 7-dən Qazax rayonuna gələrək texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmət göstərirlər.

Bu gün “Mobil Səyyar ASAN xidmət" sərhəddə yerləşən Aslanbəyli kəndinə gəlib. Məqsəd sərhəd kəndləri olan Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin sakinlərinə yaşadıqları ərazidə xidmət etməkdir. Səhər tezdən fəaliyyətə başlayan xidmətin əməkdaşları sərhəd kəndlərində olan 4 orta məktəbin şagirdlərini şəxsiyyət vəsiqəsi ilə təmin edir, kənd sakinlərini isə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmin etməklə yanaşı, həm də onların dəyişdirilməsini həyata keçirirlər.

Aslanbəyli kənd tam orta məktəbində xidmət göstərən “Mobil Səyyar ASAN xidmət" vasitəsilə günorta saatlarına kimi artıq onlarla məktəbli şəxsiyyət vəsiqəsi almış, kənd sakinlərini isə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmin edilmiş və yaxud dəyişdirilmişdir.

GOYEZEN.AZ

"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində
"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində
"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində
"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində
"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində
"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində
Geri qayıt