Əsas Səhifə > Rəsmi > Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib

Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib


20-11-2017, 15:23
Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verilib, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub, irimiqyaslı tədbirlər həyata keçirilib.

Ulu öndərin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir. Bu siyasətin davamı olaraq rayonumuzda da mütəmadi olaraq ağacəkmə kampaniyaları həyata keçirilir və bu, artıq ənənə şəklini alıb.
Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə Qazax rayon İcra Hakimiyyətinin və YAP Qazax rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib.

Rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, rayon sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı aksiyaya səhər tezdən başlanıb.

Bakı-Qazax magistral yolun rayon ərazisindən keçən hissəsinə 1500-dən çox həmişəyaşıl ağac növü olan eldar şamı əkilib. Basdırılan tinglər sahəyə cəlb edilmiş su maşınları vasitəsilə suvarılıb.

Ənənə halını almış, YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş ağacəkmə kampaniyasında məqsəd rayon ərazisində yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Eyni zamanda gündən-günə gözəlləşən rayonumuzun ekoloji cəhətdən təmiz olan ən gözəl rayonlar sırasında olması üçün görülən işlərə dəstək verməkdir.

Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Qazaxda YAP-ın yaranmasının 25 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
GOYEZEN.AZ

Geri qayıt