Əsas Səhifə > Rəsmi > Qazax bələdiyyəsində “Demokratiya həftəsi” yüksək səviyyədə keçir

Qazax bələdiyyəsində “Demokratiya həftəsi” yüksək səviyyədə keçir

3-11-2017, 18:25
Qazax bələdiyyəsində “Demokratiya həftəsi” yüksək səviyyədə keçir
Bələdiyyələrdə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” həyata keçirilir. 2017-ci ilin oktyabr ayının 30-dan start götürən demokratiya həftəsi ilə əlaqədar Qazax bələdiyyəsində də müxtəlif tədbirlərin görülməsinə başlanılmışdır. Bu məqsədlə əvvəlcədən bələdiyyəyə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində verilən tövsiyələrə uyğun olaraq həyata keçiriləcək tədbirlərə dair plan hazırlanıb.

Qazax bələdiyyəsinin sədri Tofiq Orucov GOYEZEN.AZ saytına bildirib ki, “Demokratiya Həftəsi” ilə bağlı müxtəlif tədbirlərin görülməsinə başlanılıb. Əvvəlcədən görülmüş hazırlıq işlərinə əsasən bələdiyyənin yerləşdiyi binaya, şəhərin müxtəlif yerlərinə “Demokratiya Həftəsi” ilə əlaqədar yazılmış plakat və transparantlar vurulub. Açıq və qapalı yerlərdə vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, müraciətlərinə baxılması, 2017-ci ildə görülmüş işlər barədə hesabatlar verilib.

“Demokratiya Həftəsi” çərçivəsində görülən işlərdən biri də “Bələdiyyə poçt qutuları”nın quraşdırılmasıdır. Bu məqsədlə bələdiyyənin yerləşdiyi binada, eləcə də şəhərin mərkəzi hissələrinə “Bələdiyyə poçt qutuları” qoyulub. Həftə ərzində poçt qutularına daxil olan məktubları müzakirə edib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşuq.

Vətəndaşların yerli səviyyədə idarəetmə proseslərində iştirakı məqsədilə “Açıq qapı” günlərinin keçirilməsi istiqamətində də işlər görülüb. Əvvəlcədən “Açıq qapı” günləri elan edilib və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunub.

Bununla yanaşı tövsiyələrdə nəzərdə tutulmuş “Qaynar xətt” telefon nömrəsi şəhərin müxtəlif ərazilərinə yazılıb vurulub. Daxil olmuş zənglər qeydə alınıb və ətraflı cavablandırıb.

Kütləvi İnformasiya Vasitələri ilə də əlaqə qurulub. Bu məqsədlə “Göyəzən” rayon qəzetinin və GOYEZEN.AZ saytının əməkdaşları bələdiyyədə olub və görülmüş işlərlə maraqlanıblar.

Geri qayıt