Əsas Səhifə > Rəsmi / İdman > Həmyerlimiz “Tərəqqi” medalı ilə təltif edilmişdir

Həmyerlimiz “Tərəqqi” medalı ilə təltif edilmişdir


3-09-2016, 13:54
Həmyerlimiz “Tərəqqi” medalı ilə təltif edilmişdir
Bu günlərdə Azərbaycan Milli Olimpiya komandası XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanmışdır. Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə komandanın üzvləri orden və medallarla təltif edilmişdir.

Təltif edilənlər sırasında həmyerlimiz, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov da vardır.
Həmyerlimiz “Tərəqqi” medalı ilə təltif edilmişdir
XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə Umudov Firdovsi Qəminalı oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Bu münasibətlə həmyerlimizi səmimi qəlbdən təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq.

Geri qayıt