Əsas Səhifə > Rəsmi > "Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"

"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"


8-06-2017, 18:25
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
Qazax şəhər 4 və 5 saylı tam orta məktəblərdə müəllim və şagirdlərlə görüş-toplantı keçirilib.

Görüş-toplantıları giriş sözü ilə RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmnməd Orucov açıb və "Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər" mövzusunda məruzə edib. Ölkəmizdə dövlət-din münasibətlərinin düzgün qurulması üçün hər cür şəraitin yaradıldığı, Azərbaycanın bütün dünyada tolerant mərkəz kimi tanındığını, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyətinin respublika qanunları ilə tənzimləndiyini, həyata keçirilən uğurlu siyasət nəticəsində dini radilakizmin qarşısının alındığını, onun yayılmasına təsir göstərən amillərin aradan qaldırılması sahəsində sistemli, ardıcıl tədbirlərin həyata keçirildiyini, müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.

Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, rayon Polis şöbəsinin baş inspektoru Hilal Allahverdiyev, bölgə qazisi İlham Süleymnaov, şəhər 4 saylı tam orta məktəbin direktoru Məhəmməd Aşırov, şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva çıxış ediblər.

Çıxış edən natiqlər diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək bildiriblər ki, dünyada aparıcı güclər din amilindən geosiyası maraqları üçün istifadə edirlər, İslamı siyasiləşdirərək dini qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Lakin din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən bir ölkəyə çevrilir.

Toplantı-görüşdə həmçinin təhlükəli dini cərəyanlar, onların fəaliyyət metodları barədə ətraflı məlumat verilib və hər kəsin diqqətli olmasının zəruriliyi bildirilib.

Sonra görüş iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

GOYEZEN.AZ

Geri qayıt