Əsas Səhifə > Rəsmi > Dünyanın ən böyük Azərbaycanlısı

Dünyanın ən böyük Azərbaycanlısı


8-05-2017, 18:31
Dünyanın ən böyük Azərbaycanlısı
Qazax rayonu üzrə Maliyyə İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Kollektivin üzvləri Heydər Əliyev parkına gələrək ulu öndərin xatirəsini yad edib, heykəli önünə tər gül-çiçək dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olublar. Maliyyə idarəsinin rəisi Novruz Abdullayev çıxış edərək ulu öndərin tarixi xidmətlərindən söz açıb, ümummilli liderin bütün sahələrə göstərdiyi diqqət və qayğını minnətdarlıq hissi ilə xatırlayıb.

Tədbir iştirakçıları Mərkəzdə ümummilli liderə həsr olunmuş “Dünyanın ən böyük Azərbaycanlısı” adlı filmə baxıb, foyedə təşkil edilmiş kitab sərgisi ilə də tanış olublar.

GOYEZEN.AZ

Geri qayıt