Əsas Səhifə > Rəsmi > Gəncə regional miqrasiya idarəsi Qazax rayonunda tədbir keçirib

Gəncə regional miqrasiya idarəsi Qazax rayonunda tədbir keçirib


15-03-2017, 12:42

Gəncə regional miqrasiya idarəsi Qazax rayonunda maarifləndirmə tədbiri keçirib.

Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Gəncə regional miqrasiya idarəsi Qazax rayonunda tədbir keçirib
Sonra məruzələr dinlənilib. Gəncə regional miqrasiya idarəsinin rəis əvəzi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Orxan Xıdırov, miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin rəisi, II dərəcəli miqrasiya xidməti qulluqçusu Vüsal Xəlilov, vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin inspektoru, III dərəcəli miqrasiya xidməti qulluqçusu Azad Namazov məruzə ilə çıxış ediblər.
Gəncə regional miqrasiya idarəsi Qazax rayonunda tədbir keçirib
Gəncə regional miqrasiya idarəsi Qazax rayonunda tədbir keçirib
Çıxışlarda Dövlət Miqrasiya Xidmətinin hüquq-mühafizə orqanı kimi fəaliyyəti və keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açılıb. Xidmət tərəfindən həyata keçirilən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər və miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər və s. məsələlər barədə məlumat verilib.
Gəncə regional miqrasiya idarəsi Qazax rayonunda tədbir keçirib
Daha sonra şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin araşdırılması və müvəqqəti yaşama icazəsinin verilməsinə dair sənədlərin qəbulu, digər miqrsiya xidmətləri ilə əlaqədar səyyar xidmət göstərilib.
Gəncə regional miqrasiya idarəsi Qazax rayonunda tədbir keçirib
Səyyar xidmət inspektorlardan Faiq Məmmədov, Hüseyn Hüseynov və Nicat Abbasov tərəfindən aparılıb.

GOYEZEN.AZ

Geri qayıt