Əsas Səhifə > Rəsmi > Energetika naziri və nazir müavinləri regionlarda vətəndaşları qəbul edib

Energetika naziri və nazir müavinləri regionlarda vətəndaşları qəbul edib


27-09-2019, 19:37


Sentyabrın 27-də Energetika naziri Pərviz Şahbazov Tovuz şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialının inzibati binasında vətəndaş qəbulu keçirib. Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qazax Gənclər Mərkəzində Qazax və Ağstafa rayonlarının, nazir müavini Elnur Soltanov isə Şəmkir şəhərində yerli sakinləri qəbul edib.

Vətəndaşların müraciətləri elektrik enerjisi və qaz təchizatı, elektrik xətlərinin istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji təchizatında fasilələr, elektrik enerjisi və qaza görə borc və cərimələr, işlə təminat və digər məsələləri əhatə edib.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Ümumilikdə qəbullarda 20-ə yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.



 

minenergy.gov.az


Geri qayıt