Əsas Səhifə > Rəsmi > Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edəcək


17-09-2019, 20:05


Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Sahib Ələkbərov 20 sentyabr 2019-cu il tarixində Qazax şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Qazax şəhəri, S.Arixov küçəsi) Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 sentyabr 2019-cu il tarixlərində 14 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Qazax, Ağstafa və Tovuz rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azərbaycan Respublikası Vergilər Nazirliyi

 


Geri qayıt