Əsas Səhifə > Rəsmi > “DOST İş Mərkəzi” MMC tərəfindən açılmış iş yerləri
“DOST İş Mərkəzi” MMC tərəfindən açılmış iş yerləri19-04-2019, 16:21 |
Respublika Prezidenti İlham Əliyevin sosial
təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı
ödənilən ictimai işlər təşkil olunmuşdur. Yeni yaradılmış "DOST İş Mərkəzi" MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. İctimai işlərə cəlb olunan vətəndaşlar Qazax rayon Məşğulluq
Mərkəzində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından
müəyyən edilir. Bundan əlavə, SOCAR şirkəti tərəfindən 90 boş (vakansiya) iş yerləri rayon Məşğulluq Mərkəzinə daxil olmuş və həmin vakansiyalar üzrə mərkəz tərəfindən 90 nəfər işsiz və işaxtaran vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir. Mərkəzə Qazax Elektrik Şəbəkəsi tərəfindən isə 55 boş iş yeri təqdim edilmişdir. Maraqlanan vətəndaşlar
Qazax rayon Məşğulluq Mərkəzinə müraciət edə bilərlər. GOYEZEN.AZ Geri qayıt |