Əsas Səhifə > Rəsmi > Birinci Şıxlı kəndi hesabat verib

Birinci Şıxlı kəndi hesabat verib


26-01-2017, 19:22
Birinci Şıxlı kəndi hesabat verib
Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, nümayəndəlikdə 3596 nəfər əhali, 959 təsərrüfat var. Kənddə 2 məktəb, 1 poçt, 700 yerlik ATS, 3 yanacaq doldurma məntəqəsi, 2 bərbərxana, 1 qarışıq yem dəyirmanı, həkim məntəqəsi, 2 feldşer-mama məntəqəsi, 1 kənd mədəniyyət evi, 1 kənd klubu, 2 kitabxana kənd əhalisinə xidmət edir.
Birinci Şıxlı kəndi hesabat verib
Respublika Prezidentinin kənd təsərrüfatına olan qayğısı bizim də baramaçılığa və tütün istehsalına olan marağımızı artırıb. Belə ki, 2016-cı ildə 110 kq barama, 1250 kq tütün istehsal edilərək dövlətə təhvil verilib. Bu il istehsalı iki qat artırmaq qərarına gəlmişik. Bunun üçün kənddə 1050 ədəd tut ağacı tingi basdırılmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Keçən il 204 hektar buğda, 76 hektar arpa, 65 hektar qarğıdalı əkilmişdir. Bu il isə əkin işləri 3 qat artmışdır. Əhali artıq torpağa qayıtmışdır. Vaxtı ilə əhali həyatyanı torpaqlarının suvarılmasında həmişə əziyyət çəkmişdir. Lakin artıq 2 ildir ki, bu problem aradan götürülmüşdür.

Kənddə 1576 baş iribuynuzlu, 8970 baş xırdabuynuzlu, 10300 ədəd ev quşları vardır.

Qeyri-hökumət təşkilatının və rayonlararası artezian idarəsinin köməkliyi ilə kənddə 4 yeni artezian quyusu qazılmışdır. Bir neçə artezian quyusunun qazılması da nəzərdə tutulmuşdur.
Birinci Şıxlı kəndi hesabat verib
Kəndin yol boyu uzunluğu 9 km-dir. Daima yol kənarları təmizlənmiş, 200-ə yaxın yeni meyvə ağacları əkilmişdir.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov kənddə əhali ilə mütəmadi olaraq görüşlər keçirmiş, qaldırılan məsələlər öz müsbət həllini tapmışdır. Belə görüşlərin birində R.Babaşov kənddə olan M.V.Vidadinin məqbərəsini və İtalyanın Milli Qəhramanı Tahir İsayevin məzarını ziyarət etdikdən sonra hər iki məzarın təmir olunması və abadlıq işlərinin görülməsi haqqında aidiyyəti təşkilatlara lazımi göstərişlər vermişdir.
Birinci Şıxlı kəndi hesabat verib
Kəndimizdə “Birinci Şıxlı Kəndli Fermer” MMC-nin inşa olunması biz şıxlıları daha yaxşı işləməyə ruhlandırır. Kəndli fermer təsərrüfatı ilə kənd əhalisi arasında müqavilə bağlanmışdır. Hal-hazırda Birinci Şıxlı kəndli fermer təsərrüfatı tərəfindən 211 ha buğda əkilib səpilmişdir. 160 ha torpaq sahəsi isə kartof üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə, kəndin pay torpaqlarında 701 ha səpin olmuşdur. Ondan 526 ha buğda, 175 ha arpa əkilmişdir. Hal-hazırda əkin davam edir. Bu günə qədər 800 ha yaxın sahədə şumlama işləri aparılmışdır. 26 ha torpaq sahəsi isə çuğundur üçün nəzərdə tutulmuşdur.

Bu gün işsizliyi aradan götürmək üçün kənd təsərrüfatı sahəsindən xeyli iş yerləri açılmışdır.
Birinci Şıxlı kəndi hesabat verib
Sakinlərdən Elman Vəliyev, Fuad Daşdəmirov, Tahir Musayev, Telman Məmmədov, Maarif Yusifov, Məhərrəm Bəşirov, Fəxrəddin Vəliyev, Sabit Omarov, Məzahir Qocayev çıxış edərək kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsini, kənddə uşaq bağçasının açılmasını xahiş etmişlər.
Birinci Şıxlı kəndi hesabat verib
Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev çıxış edərək hesabat yığıncağına yekun vurublar.

GOYEZEN.AZ








Geri qayıt