Əsas Səhifə > Rəsmi > Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib

Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib


10-03-2019, 16:02


Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində Qazaxda rayon sakinləri qəbiristanlıqlarda olublar. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə şənbə günü keçirilən ümumrayon iməciliyi bu gün də davam edib. İməcilkdə rayon sakinləri hamılıqla iştirak edib.

İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. 

İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.

Şəhər qəbiristanlığı iməcilikdən sonra 







GOYEZEN.AZ


Geri qayıt