Əsas Səhifə > Rəsmi > Aslanbəyli kəndində maarifləndirici tədbir keçirilib

Aslanbəyli kəndində maarifləndirici tədbir keçirilib


30-01-2019, 14:34

 

 


Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun "İslamda şəhidlik zirvəsi” adlı layihəsi çərçivəsində "Mənəvi dəyərlərin təbliği zamanı yerli faktorların nəzərə alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Rayonun Aslanbəyli kəndindəki folklor evində keçirilən tədbirdə kənd ağsaqqalları, din xadimləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qazax RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov giriş sözü ilə çıxış edərək keçirilən görüş-toplantının əhəmiyyəti barədə geniş məlumat verib.

Mövzu ətrafında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Dini Komitənin əməkdaşı Tural Vəlizadə, Aslanbəyli kənd məscidi dini icmasının sədri Asif Seyidov, kənd icra nümayəndəsinin müavini Vəfa İsmayılova, Çaylı kənd məscidi dini icmasının sədri Sahilə Orucova və başqaları çıxış ediblər.

Çıxışlar zamanı ölkəmizdə dövlət səviyyəsində dinimizə göstərilən diqqət, qayğı və kömək, Vətən və dövlət anlayışı, gənclərimizə Vətən sevgisinin aşılanması, multikultural dəyərlərimizin bizim sərvətimiz olması, dini təhlükəsizliyimizin milli təhlükəsizliyimizin tərkib hissəsi olması, mənəvi dəyərlərin təbliği zamanı yerli faktorların nəzərə alınması və digər məsələlərlə bağlı maarifləndirici söhbətlər aparılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





GOYEZEN.AZ

 

 


 

 


Geri qayıt