Əsas Səhifə > Rəsmi > Qazaxda şəhər 2 saylı bağçanın uşaqları üçün Yeni il şənliyi təşkil olunub

Qazaxda şəhər 2 saylı bağçanın uşaqları üçün Yeni il şənliyi təşkil olunub


26-12-2018, 12:46


Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbirlərinə start verilib.

Bu tədbirlər çərçivəsində şəhərdə yerləşən 2 saylı uşaq bağçasında da Yeni il şənliyi keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın əməkdaşları Gülnar Quluyeva və Ayşən Qurbanova iştirak ediblər.


Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək əlamətdar bayramlar münasibətilə körpə fidanları, bağçanın müəllim kollektivini səmimi qəlbdən təbrik edib, xoş arzularını bildirib. Uşaqların keyfiyyətli təhsil almalarının, yüksək səviyyəli tibbi xidmətlə təmin olunmalarının, onların sağlam mənəvi və sosial müdafiə mühitində böyümələrinin vacibliyini vurğulayıb. Müavin qeyd edib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.

Rayonumuzda körpə fidanlara göstərilən diqqət və qayğıdan söz açan müavin rayon rəhbərliyinin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını, onların gözəl şəraiti olan bağçalarda tərbiyə olunmaları istiqamətində məqsədyönlü işlər gördüyünü qeyd edib. 
Rayonda olan bağçalardakı şəraitdən, körpə balalara olan qayğıdan söz açan G.Həsənova bildirib ki, bu gün 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur.

Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən müavin bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Rayonda körpə balalara göstərdiyi sonsuz diqqət və qayğıya görə rayon rəhbərliyinə bağça kollektivləri və valideynlər adından dərin minnətdarlığını çatdırıb.

Sonra söz körpə fidanlara verilib. Şaxta baba və Qar qızın müşaiyəti ilə keçirilən şənlikdə uşaqların ifasında vətənpərvərlik şeirləri və mahnıları səsləndirilib. Bayramlara həsr olunmuş maraqlı kompozisiyalar, rəqslər təqdim olunub.















GOYEZEN.AZ 

 

 


Geri qayıt