Əsas Səhifə > Rəsmi > Qazaxda əmək yarmarkası keçirilib

Qazaxda əmək yarmarkası keçirilib


25-10-2018, 18:11


Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalini işlə təmin etmək məqsədilə respublikamızda mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Rayonumuzda məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin azaldılması məqsədilə ilə keçirilən əmək yarmarkaları hər il olduğu kimi bu il də davam etdirilib. Bu cür yarmarkaların təşkil olunması demək olar ki, artıq ənənə halını alıb.

Respublika Prezidenti İlham Əliyevin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı”nda işsizlər üçün yeni məsləhət xidmətlərinin həyata keçirilməsi, əmək birjalarının fəaliyyətinin təkmilləşdirilməsi, əmək yarmarkalarının keçirilməsi öz əksini tapır. "Dövlət Proqramı”nın icrası məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli, 9-21/191 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci il üçün Ərazi Məşğulluq Proqramında da əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə həmin proqrama uyğun olaraq əmək yarmarkası təşkil olunmuşdur.

RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək dövlət tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda açılmış yeni iş yerlərindən söz açıb. Qeyd edib ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının qəbulunda 2016-cı ildə 539, 2017-ci ildə 653, 2018-ci ilin 9 ayı üzrə 455, eyni zamanda, cari ildə fərdi qəbul zamanı 177 nəfər rayon sakini işlə bağlı müraciət etmişdir. Müraciət etmiş həmin sakinlər əhalinin məşğulluğunun və maddi rifah halının yaxşılaşdırılması məqsədilə təşkil olunmuş yarmarkaya cəlb olunmuşdur.

Məşğulluq Mərkəzində təşkil olunan əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən 25 idarə, müəssisə və təşkilatdan 415 boş iş yeri çıxarılmışdır. Təşkilatlardan 17-si dövlət, 8-i qeyri-dövlətdir. 17 dövlət təşkilatı əmək yarmarkasına 225, 8 qeyri-dövlət təşkilatı isə 190 boş iş yeri təqdim etmişdir.

Yarmarkada 203 nəfər iştirak etmişdir ki, onların da 22 nəfərinə işə göndəriş verilmişdir.











GOYEZEN.AZ


Geri qayıt