Əsas Səhifə > Rəsmi > Qazaxda keçiriləcək kompleks mülki müdafiə təlimi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb

Qazaxda keçiriləcək kompleks mülki müdafiə təlimi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb

27-06-2018, 15:09
Qazaxda keçiriləcək kompleks mülki müdafiə təlimi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb

Qazax rayonunda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunmaya dair biliklərinin təbliği, əhalinin hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsi işi daim diqqət mərkəzində saxlanılır.

Rayonun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq müvafiq Qanun və Qərarların tələblərinə uyğun olaraq fövqəladə hadisələrdən mühafizəyə dair bütün rayon əhalisinin maarifləndirilməsi istiqamətində müvafiq məqsədyönlü tədbirlər həyata keçirilir, təlimlər təşkil olunur.

Qazax Rayon İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə “Qarşılıqlı fəaliyyət planı”na əsasən planda əksini tapan mülki müdafiə hallarına dair bütün məsələlər öz həllini tapır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 14 iyun 2018-ci il tarixli, 9-21/82 nömrəli sərəncamı ilə Qazax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçiriləcəkdir.

29 iyun 2018-ci il tarixində “Azərbaycan Respublikası 2018-ci il üçün mülki müdafiə tədbirləri planı”na əsasən təşkil ediləcək təlimlə əlaqədar artıq bu gündən hazırlıq işlərinə start verilib.

Təlim zamanı iştirak edəcək aidiyyatı təşkilatların lazım olan texnikaları gətirilib, şəxsi heyətə və məsul şəxslərə təlimlə bağlı bütün təlimatlar çatdırılıb. Çadır şəhərciyi qurulub.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon fövqəladə hallar komissiyasının sədri Məmməd Alıyev, RİHBA-da sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Gəncə Regional FH və MM şöbəsinin rəisi, polkovnik Məhəmməd Tağıyev və digər qonaqlar təlimin keçiriləcəyi ünvana gələrək aparılan hazırlıq işləri ilə tanış olublar.

İştirakçılara fövqəladə hadisələr zamanı yarana biləcək vəziyyətlərin aradan qaldırılması zamanı ilk yardımın göstərilməsi və təlimlə bağlı digər məsələlər haqqında lazımi tapşırıq və tövsiyələr verilib.

GOYEZEN.AZ

Geri qayıt