Əsas Səhifə > Rəsmi > Qazaxda yarmarka keçirilib

Qazaxda yarmarka keçirilib


19-05-2018, 15:00
Qazaxda yarmarka keçirilib
Qazax rayonunda yarmarka keçirilməsi artıq ənənə şəklini alıb. Novruz bayramı ərəfəsində keçirilən və 2 aydan çox davam edən yarmarka buna əyani sübutdur. Bu ənənə yenə də davam edib.

Bu gün Qazax şəhərindəki Təzə Bazarda yarmarka keçirilib. Təşkil olunmuş yarmarka rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə keçirilib.

Yarmarkaya müxtəlif çeşiddə olan kənd təsərrüfatı, ərzaq və ət məhsulları satışa çıxarılıb.

Yarmarkada satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə xeyli ucuzdur. Bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılıb. Hətta, quzu əti alıcılara 8 manata təklif olunub. Ona görə də yarmarkadan rayon sakinləri, eləcə də qonaqlar yüksək səviyyədə faydalana bilirlər.

GOYEZEN.AZsaytının əməkdaşları yarmarkadan bazarlıq edən rayon sakinləri ilə söhbət edərək onların fikirlərini öyrənib. Münasibət bildirən bütün rayon sakinləri yarmarkanın təşkilindən və qiymətlərdən razı qaldıqlarını söyləyərək Ölkə Başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qazaxda yarmarka keçirilib
Qazaxda yarmarka keçirilib
Qazaxda yarmarka keçirilib
Qazaxda yarmarka keçirilib
Qazaxda yarmarka keçirilib
Qazaxda yarmarka keçirilib
Geri qayıt