Əsas Səhifə > Rəsmi > Məşğulluq Mərkəzi dəyirmi masa keçirib

Məşğulluq Mərkəzi dəyirmi masa keçirib


3-05-2018, 16:30
Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə əsasən “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda dəyirmi masa keçirilib.

Rayon Məşğulluq Mərkəzində keçirilən tədbirdə rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlardan nümayəndələr iştirak edib.

Mərkəzin direktoru Elçin Nəsibov çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, yeni təsdiq olunmuş qanun işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verir.

Məşğulluq Mərkəzində sektor müdiri Mehriban Süleymanova, maliyyə idarəsində sektor müdiri Elxan Vəkilov, DSMF-nin Qazax rayon şöbəsinin məsləhətçisi Mahmud Mənsurov, məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin üzvü Fərhad Qocamanov və başqaları çıxış edərək mövzu ilə bağlı öz fikirlərini söyləyiblər.
Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında baş məsləhətçi Kamil Mehdiyev işəgötürənlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
Məşğulluq Mərkəzi dəyirmi masa keçirib
GOYEZEN.AZ

Geri qayıt