Əsas Səhifə > Rəsmi > Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Qazaxda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Qazaxda vətəndaşları qəbul edəcək


18-10-2016, 09:26
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Qazaxda vətəndaşları qəbul edəcək
GÖYƏZƏN.AZ AZƏRTAC-a əsasən bildirir ki, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 21-də Qazax rayonunda vətəndaşları qəbul edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, qəbulda Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Oktyabrın 21-də saat 14:00-da Qazax Şahmat Mərkəzində (ünvan: Qazax şəhəri, Bakı küçəsi, 27) keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya komissiyanın Gəncə regional bölməsinə (ünvan: Gəncə şəhər H.Əliyev meydanı. İnzibati bina ) müraciət etməlidirlər (əlaqə tel.: (0222) 56-50-67).

Bundan əlavə, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon təhsil şöbələrində oktyabrın 17–dən 20-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Geri qayıt