Əsas Səhifə > Rəsmi > Qazaxda bu gün də yarmarka keçirilib

Qazaxda bu gün də yarmarka keçirilib


7-04-2018, 13:01
Qazaxda bu gün də yarmarka keçirilib
Novruz bayramı ərəfəsində Qazaxda keçirilən yarmarka bu həftə də davam edib. Rayon əhalisini ucuz və keyfiyyətli məhsullarla təmin etmək, kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə keçirilən yarmarka sakinlər tərəfindən yüksək qiymətləndirilir. Hər həftənin şənbə və bazar günləri rayon sakinləri, eləcə də qonaqlar yarmarkadan yararlanaraq müxtəlif çeşidli ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları alır, öz təminatlarını ödəyirlər.

Fevral ayının 17-dən hər həftənin şənbə və bazar günləri təşkil olunan bayram yarmarkası rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə keçirilir. Yeddi həftə davam edən yarmarka bu həftə də davam etdirilib. Yarmarkada rayon sakinləri üçün ucuz qiymətə kənd təsərrüfatı, ət və süd məhsulları, eləcə də lazım gələn digər ərzaq məhsulları almaq imkanı yaradılıb.

Rayon sakinləri, eləcə də qonaqlar tərəfindən yüksək qiymətləndirilən yarmarkada keyfiyyətləri yüksək məhsullar bazarla müqayisədə xeyli ucuz qiymətə satıldığı üçün yarmarkaya sakinlər daha çox gəlir. Burada bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə təklif olunur ki, bu da olduqca sərfəlidir. Əhalinin ən çox istifadə etdiyi quzu əti yarmarkada 8 manata, dana əti isə 6 manat 50 qəpiyə satılır. Ona görə də yarmarkada həmişə olduğu kimi bu gün də qələbəlik olub.

Bu gün alış-veriş edən sakinlərin fikirlərini öyrənən GOYEZEN.AZ saytının əməkdaşlarına rayon sakinləri bayramın qurtarmasına baxmayaraq yarmarkanın davam etdirilməsini yüksək dəyərləndiriblər. Yarmarkanın keçirilməsindən məmnunluqla danışan yarmarka iştirakçıları onlar üçün yaradılan yüksək şəraitə və göstərilən qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildirib, sonsuz təşəkkürlərini çatdırıblar.

7 aprel 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdur


Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Qazaxda bu gün də yarmarka keçirilib
Geri qayıt