Əsas Səhifə > Rəsmi > Qazaxda Gəncə Beynəlxalq Xəstəxanasının təqdimat mərasimi keçirilib

Qazaxda Gəncə Beynəlxalq Xəstəxanasının təqdimat mərasimi keçirilib


12-10-2016, 10:30
Qazaxda Gəncə Beynəlxalq Xəstəxanasının təqdimat mərasimi keçirilib
Gənclər Mərkəzində Gəncə Beynəlxalq Xəstəxanasının təqdimat mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru, tibb üzrə fəlsəfə doktoru İlyas Həsənov, xəstəxananın ürək-damar cərrahiyyəsi bölməsinin müdiri, uzman Hüseyn Gemalmaz, kardiologiya bölməsinin müdiri, uzman Vüsal Xankişiyev, Qazax rayonundan olan həkimlər və başqaları iştirak edib.

Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açıb və mərasim iştirakçılarına Gəncə Beynəlxalq Xəstəxanası haqqında ümumi məlumat verib.

Sonra çıxışlar olub. Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru İlyas Həsənov tibb mərkəzinin fəaliyyəti, imkanları və üstünlüklərindən danışıb.

Bildirib ki, Gəncə Beynəlxalq Xəstəxanası ABŞ Xəstəxana standartlarına uyğun çalışan, regionun ən müasir tibbi texnologiyaları ilə təchiz olunmuş və Qafqazda JCİ akkreditasiyalı ilk tibb mərkəzidir.

Xəstəxana əcnəbi və yerli mütəxəssislərin xarici ölkələrdə əldə edilmiş yüksək nəzəri və təcrübi bilik səviyyələrinə malikdir. Daha sonra İ.Həsənov tibbi xidmət keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi olaraq tibbi və inzibati heyət üçün daxili təlim və tədris proqramlarının keçirildiyini diqqətə çatdırıb.

Sonda uzman həkimlər xəstəxanadakı ayrı-ayrı bölmələr (ürək-damar cərrahiyyəsi, kardiologiya, ümumi cərrahiyyə, dermatovenerologiya, qastroenterologiya, oftalmologiya) və onların fəaliyyəti haqqında məlumat veriblər.

Geri qayıt