Əsas Səhifə > Rəsmi > Novruz yarmarkası davam edir

Novruz yarmarkası davam edir


10-03-2018, 14:30
Novruz yarmarkası davam edir
Novruz bayramı ilə əlaqədar Qazaxda keçirilən yarmarka bu gün də davam edib. Təzə Bazarda təşkil olunmuş “Novruz” yarmarkasına həmişə olduğu kimi bu gün də əhalinin tələbatına uyğun olaraq müxtəlif çeşiddə məhsullar çıxarılıb. Əvvəlki günlərdə olduğu kimi bu gün də yarmarkada qələbəlik olub.

Bayram yarmarkasının təşkil edilməsində məqsəd rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, əhalini ucuz və keyfiyyətli məhsullarla təmin etməkdir. Artıq dördüncü həftədir ki, keçirilən yarmarkadan rayon sakinləri, eləcə də qonaqlar çeşidləri müxtəlif olan ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları alır, bayram bazarının xidmətindən yararlanırlar.

Həmişə olduğu kimi, bu gün də yarmarkada rayon sakinləri üçün çeşidləri müxtəlif olan məhsulların satışı təşkil olunmuşdur. Onu da qeyd edək ki, satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə bazarla müqayisədə xeyli ucuzdur. Yarmarkada bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə təklif olunur. Əhalinin ən çox istifadə etdiyi və almaq istədiyi quzu əti yarmarkada 8 manata, dana əti isə 6 manat 50 qəpiyə satılır. Ona görə də Novruz süfrəsi üçün lazım olan bütün məhsulları yarmarkadan ucuz qiymətə almaq olar.

Əvvəlki günlərdə olduğu kimi, bu gün də yarmarkadan alış-veriş edən sakinlər qiymətlərin ucuz olmasından, məhsulların çeşidinin çoxluğundan razı qaldıqlarını bildiriblər. Bayram ərəfəsində əhalinin tələbatına uyğun olan Novruz yarmarkasının keçirilməsinə görə Ölkə Başçısına minnətdarlıq ediblər.

10 mart 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdur


Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
Novruz yarmarkası davam edir
GOYEZEN.AZ

Geri qayıt