• Təqvim

  • Unutma

  • Maraq



Görülmüş işlər fərəh doğurur

Görülmüş işlər fərəh doğurur
Qazax rayon İcra Hakimiyyəti Başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında ölkəmizdə, eləcə də Qazax rayonunda və kəndlərimizdə görülmüş işlərdən danışılıb.

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev yığıncağı giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb və yola saldığımız 2017-ci ilin ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmasından söz açıb. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdığını qeyd edən natiq ölkəmizin qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. 2017-ci ildə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qazax rayonunda uğurla icra edildiyini qeyd edən M.Alıyev Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilmış quruculuq və abadlıq işləri, yeni layihələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Dəmirçilər kənd İƏD-si üzrə nümayəndə Gülnaz Mahmudova hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Dəmirçilər və Ürkməzli kəndlərini əhatə edən ümayəndəlikdə 859 təsərrüfat, 2977 nəfər əhali vardır. Ərazidə 1 bələdiyyə, 2 tam orta məktəb, 1 körpələr-evi uşaq bağçası, 2 sənətkarlıq evi, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 feldşer–mama məntəqəsi, 1 poçt şöbəsi, 1 elektron tipli ATS, 2 bərbərxana, 8 ticarət obyekti fəaliyyət göstərir.

Dəmirçilər kənd tam orta məktəbində təhsil alan 188 şagirdin təlim və tərbiyəsi ilə 30 nəfər müəllim məşğul olur. 2017-ci ildə məktəbin 4 nəfər məzunu ali məktəb tələbəsi adına layiq görülmüşdür. Ürkməzli kənd tam orta məktəbində isə 163 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim məşğuldur. Bu məktəbin 9 nəfər məzunu ali məktəblərə, 1 nəfər məzunu isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Dəmirçilər kənd tam orta məktəbi qazanxana sistemi ilə, Ürkməzli kənd tam orta məktəbi isə müasir istilik sistemi ilə təchiz olunur. Hər iki məktəbdə istilik normal vəziyyətdədir. Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən məktəblərdə şagirdlərin dərsə davamiyyətinə daim ciddi nəzarət olunur.

Hesabat dövründə 13 doğum, 2 nigah, 26 ölüm qeydə alınmışdır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun işçi qruplarının yaradılması ilə əlaqədar imzaladığı sərəncama uyğun olaraq Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu kənd əhalisinin problemləri ilə maraqlanmış, onların həlli istiqamətində xeyli işlər görmüşdür. Kənd İƏD-si üzrə nümayəndəliyin, işçi qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayon mərkəzinə birləşdirən yolun ətrafında və kənd qəbiristanlığında təmizlik işləri aparılaraq yol kənarlarına ağac əkilmişdir. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılmışdır.
Görülmüş işlər fərəh doğurur
2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dəmirçilər və Ürkməzli kənd sakinləri ilə mütəmadi olaraq görüşlər keçirmiş, əhalini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Suvarma Sistemləri İdarəsi tərəfindən Dəmirçilər kəndi ərazisində beton üzlüklü arxların 4 km-lik hissəsi kol-kosdan təmizlənmiş, ”Dəmirçilər” arxının torpaq məcralı 5 km-i, beton üzlüklü 1 km-i əl əməyi ilə təmizənmişdir. Hazırda həmin arxın qalan hissəsində təmizlik işləri yekunlaşmışdır. Sol sahil kanalından çıxan yedək arxlarının 6 km-lik hissəsi, ”Cəfərli“ kanalının 4 km-lik hissəsi texnika vasitəsilə təmizlənmişdir. Ürkməzli kəndində 4 km arx texnika vasitəsilə, 1 km isə əl əməyi ilə təmizlənmişdir.

Dəmirçilər kəndində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə əhali tərəfindən 6 tonluq su çəni quraşdırılmış və borularla 40 evə su xətti çəkilmişdir. Dəmirçilər kəndinin Aşağı Məhələ adlanan hissəsinə Dəmirçilər–Ürkməzli bələdiyyəsinin vəsaiti hesabına şəhər xəttindən uzunluğu 2000 metr olan su xətti çəkilmişdir. Ürkməzli kəndində Yaqublu məhəlləsinə çəkilmış su xəttinin yanmış su motoru Dəmirçilər–Ürkməzli bələdiyyəsi tərəfindən yenisi ilə əvəz olunmuş, Yaqublu məhəlləsinə suyun verilişi bərpa edilmişdir. Ürkməzli kəndində olan artezian quyuları bərpa olunaraq vətəndaşların istifadəsinə verilmişdir.

Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması işi yaxşı təşkil edilmişdir. Lakin “Coğazçay” su anbarında kifayət qədər suyun olmaması bir sıra çətinliklər yaratmışdır. Buna baxmayaraq “Coğaz” çayında yaradılmış kiçik həcmli göldən su motoru vasitəsilə “Dəmirçilər” arxına su vurulmuş, əhalinin tələbatı ödənilmişdir. Hal–hazırda da həmin motorla Dəmirçilər kəndinə həftədə 2 dəfə su verilir.

Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlıq sayəsində Ürkməzli və Dəmirçilər kənd qəbiristanlıqlarında abadlıq işləri aparılmışdır. Dəmirçilər kənd qəbiristanlığının ətrafı 1350, Ürkməzli kənd qəbiristanlığının ətrafı isə 700 metr dəmir torla hasarlanmış, çardaq və əşyaların saxlanması üçün otaq tikilmişdir.

Dəmirçilər və Ürkməzli kəndlərində rabitə xətləri və 25 ədəd telefon dirəkləri təmir edilmişdir. Ürkməzli kəndində 500 metr elektrik naqili, 1 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur. Dəmirçilər kəndində 150 metr naqil, 3 ədəd elektrik dirəyi dəyişdirilərək yenisi ilə əvəzlənmişdir.

Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlillərinə Qazax rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz Bayramı və Qurban bayramı münasibətilə bayram sovqatları verilmişdir.

Dəmirçilər və Ürkməzli kənd həkim məntəqələrinin kollektivləri xəstələrin qeydiyyatını və uşaqlarda peyvəndlər aparmış, günün tələblərinə uyğun ilkin tibbi yardım göstərilmişdir. Hər iki kənddə fasiləsiz olaraq elektrik enerjisi və təbii qaz verilmişdir. Dəmirçilər kəndində 2 yaş qrupu üzrə fəaliyyət göstərən körpələr evi–uşaq bağçasının kollektivi günün tələbləri səviyyəsində çalışmışdır.

Nümayəndəlikdə əhalinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıq məhsulu istehsalından və onların artıq hissəsinin satışı ilə məşğul olmaqdan ibarətdir. Öz çörəyini torpaqdan çıxaran əhalimizin torpağa münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır. 2017-ci iln məhsulu üçün 407 hektarda payızlıq buğda, 176 hektarda arpa, 140 hektarda kartof, 8 hektarda qarğıdalı, 1,8 hektarda darı, 81,23 hektarda şəkər çuğunduru, 1 hektarda tütün əkilmişdir. 1480 ton buğda, 429 ton arpa, 3914 ton kartof, 54 ton qarğıdalı, 1048 ton şəkər çuğunduru, 1,8 ton darı, 135 kq barama istehsal olunmuş, 1509 kiloqram tütün təhvil verilmişdir. Barama istehsalının artırılması məqsədilə əkilmiş 2000 ədəd tut tinglərinə aqrotexniki qaydada qulluq edilmişdir Kənd təsərrüfatı məhsulları istehsal edən 537 nəfər istehsalçıya müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 43354 manat konpensasiya ödənilmişdir.

2018-ci ilin məhsulu üçün nümayəndəlik ərazisində 740 hektar sahə şumlanmış, 480 hektar sahədə buğda, 240 hektar sahədə arpa əkilmişdir. 40 ha kartof, 10 ha qarğıdalı, 5 ha darı, 2 ha tütün, 20 ha yeni yonca və barama yetişdirilməsi nəzərdə tutulmuşdur.

1 yanvar 2018-ci il tarixə əhali və fermer təsərrüfatlarında 1985 baş iribuynuzu mal-qara və 8550 baş xırdabuynuzlu heyvan, 12.2 min baş quş qeydiyyata alınmışdır.

Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.

Dəmirçilər kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahəsində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Dəmirçilər-Ürkməzli bələdiyyəsi ilə birlikdə aradan qaldırılır.

2017-ci ili bütün sahələrdə nailiyyətlərlə başa vurduq. Əldə etdiyimiz uğurların kökündə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun yorulmaz fəaliyyəti, diqqət və qayğısı dayanır.

Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, kənd ağsaqqalı Mehdi Kərimov, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova, Dəmirçilər kənd tam orta məktəbin direktoru Elmira Abbasova, Dəmirçilər kənd körpələr evi-uşaq bağçasının müdiri Qiyafət Məmmədrzayeva, II qrup Qarabağ əlili Nüsrət Musayev, Dəmirçilər kənd tam orta məktəbin müəllimi Şərqiyyə Mansurova, Dəmirçilər-Ürkməzli bələdiyyəsinin sədri Afiq Yusifov çıxış edərək hesabat ilində görülmüş işlərdən razı qaldıqlarını bildirmiş, Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını çatdırmışlar.

Elçin İSMAYIL

Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur
Görülmüş işlər fərəh doğurur


Facebook-da paylaş