• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda maarifləndirici tədbir keçirilib

Qazaxda maarifləndirici tədbir keçirilib
Qazax Dövlət Sosial-İqtisad Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açıb və İslam dininin sülh, həmrəylik və qardaşlıq dininin olması, bu sahədə respublikamızda görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

Mövzu ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov, QMİ-nin bölgə qazisi İlham Süleymanov, Cümə Məscidinin imamı Zaur Budaqov, Azərbaycanda Şərq-Qərb institutunun Proqram direktorunun müavini Vaqif Həsənov, Qərb–Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov və başqaları çıxış ediblər.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

GOYEZEN.AZ

Qazaxda maarifləndirici tədbir keçirilib
Qazaxda maarifləndirici tədbir keçirilib
Qazaxda maarifləndirici tədbir keçirilib


Facebook-da paylaş