"ASAN xidmət" Qazaxın sərhəd kəndi Alpoutda » Göyəzən internet portalı

"ASAN xidmət" Qazaxın sərhəd kəndi Alpoutda

"ASAN xidmət" Qazaxın sərhəd kəndi Alpoutda
Xəbər verdiyimiz kimi, "Mobil Səyyar ASAN xidməti"in nümayəndələri dekabrın 7-dən Qazax rayonuna gələrək texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmət göstərirlər.

Bir neçə gün öncə sərhəd kəndləri olan Aslanbəyli, QaymaqlıKəmərli kəndlərində olan “Mobil Səyyar ASAN xidmət"in kəndlərdə əhaliyə göstərdikləri yüksək xidmət uğurla həyata keçirilib.

Bu gün “Mobil Səyyar ASAN xidmət"in nümayəndələri daha bir sərhəd kəndinə - Alpout kəndinə gəliblər. Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbində kənd sakinlərinə və məktəblilərə xidmət göstəriblər.

Məqsəd sərhəddə yerləşən Alpout, Fərəhli, Abbasbəyli, Məzəm və Quşçu Ayrım və işğal altında olan Qızıl Hacılı kənd sakinlərinə yaşadıqları ərazidə xidmət etməkdir. Səhər tezdən fəaliyyətə başlayan xidmətin əməkdaşları sərhəd kəndində olan orta məktəblərin şagirdlərini şəxsiyyət vəsiqəsi ilə təmin edib, kənd sakinlərini isə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmin etməklə yanaşı, həm də onların dəyişdirilməsini həyata keçiriblər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlər şöbəsinin baş məsləhətçisi Fəda Abbasovun GOYEZEN.AZ saytına verdiyi məlumata görə gün ərzində ümumilikdə 92 nəfərə xidmət göstərilmiş, 86 nəfər şəxsiyyət vəsiqəsi almış, 6 nəfər isə ümumvətəndaş pasportları ilə təmin edilmişdir.

GOYEZEN.AZ

Facebook-da paylaş