Qazaxda tibbi müayinə aksiyası keçiriləcəkdir » Göyəzən internet portalı


Qazaxda tibbi müayinə aksiyası keçiriləcəkdir

Qazaxda tibbi müayinə aksiyası keçiriləcəkdir
Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Qazax rayon sakinləri üçün səyyar tibbi müayinə aksiyası keçiriləcəkdir.

Tibbi xidmətdən keçmək istəyən vətəndaşlar terapevt, endokrinoloq, kardioloq, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlana biləcəklər.

Aksiya 14 dekabr 2017-ci il tarixdə saat 13:00-dan 20:00-dək davam edəcəkdir.

GOYEZEN.AZ



Facebook-da paylaş