"ASAN xidmət" Qazaxın sərhəd bölgəsində
Bu gün “Mobil Səyyar ASAN xidmət" sərhəddə yerləşən Aslanbəyli kəndinə gəlib. Məqsəd sərhəd kəndləri olan Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin sakinlərinə yaşadıqları ərazidə xidmət etməkdir. Səhər tezdən fəaliyyətə başlayan xidmətin əməkdaşları sərhəd kəndlərində olan 4 orta məktəbin şagirdlərini şəxsiyyət vəsiqəsi ilə təmin edir, kənd sakinlərini isə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmin etməklə yanaşı, həm də onların dəyişdirilməsini həyata keçirirlər.
Aslanbəyli kənd tam orta məktəbində xidmət göstərən “Mobil Səyyar ASAN xidmət" vasitəsilə günorta saatlarına kimi artıq onlarla məktəbli şəxsiyyət vəsiqəsi almış, kənd sakinlərini isə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmin edilmiş və yaxud dəyişdirilmişdir.
Facebook-da paylaş