• Təqvim

  • Unutma

  • Maraq

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Açıq qapı” günləri davam edir

Məlumat verdiyimiz kimi Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 4-dən etibarən “Açıq qapı” günləri elan olunub.

“Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.

Bu məqsədlə 4-7 dekabr tarixlərində rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Türkün ölməz dühası-Heydər Əliyev" başlıqlı sərgiyə baxıblar. Eyni zamanda ulu öndərə həsr olunmuş mühazirələr dinləyib, filmlərə baxıblar.

Melioservis İdarəsi, Mənzil İstismar sahəsi, “Avtovağzal” ASC, Magistral Qaz Kəmərləri idarəsi, Su-Kanal idarəsi, Elektrik Şəbəkəsi, Kommunal Müəssisələr Kombinatı, Statistika İdarəsi, Dövlət Sosial Müdafiə Fondu, Poçt filialı, Suvarma Sistemləri İdarəsi, Telekommunikasiya qovşağı, rayon Təhsil şöbəsi, Dəmir yolu, məktəb-lisey, Ağköynək kənd tam orta məktəb, 28 saylı yol istismar idarəsi, qaz xidmət sahəsi, rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Mədəniyyət Mərkəzi, 10 saylı Regional Mətbuatyayımı İdarəsi, Avey Dövlət-Tarix Mədəniyyət qoruğu, Abidə mühafizəçiləri, YAP Qazax rayon təşkilatı, Qazax Dövlət Dram Teatrının kollektivləri “Açıq qapı” günlərində iştirak ediblər. Ümumilikdə 1500-dən çox adam ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər.

“Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.

GOYEZEN.AZ

Facebook-da paylaş