• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda dini maarifləndirmə ilə bağlı tədbir keçirilib

Qazaxda dini maarifləndirmə ilə bağlı tədbir keçirilib
Qazax şəhər 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən dini marifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq tədbirin məqsəd və əhəmiyyəti barədə danışıb.
Qazaxda dini maarifləndirmə ilə bağlı tədbir keçirilib
Sonra mövzu ətrafında Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Bəhruz Orucov, DK-nin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, bölgə qazisi İlham Süleymanov, RTŞ-nin müdir müavini Zakir Nəsibov və məktəbin direktoru Bəsti Ələkbərova çıxış ediblər.
Qazaxda dini maarifləndirmə ilə bağlı tədbir keçirilib
Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş