Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib » Göyəzən internet portalı


Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib

Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Son illərdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının daha da gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilir. Səhiyyənin inkişafının əsas istiqamətlərindən biri də tibbi təhsil və kadr hazırlığıdır.

Bu fikirlər bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”a həsr olunmuş mühazirədə səslənib.

Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən mühazirədə Ağstafa, Tovuz, Şəmkir, eləcə də rayonumuzda səhiyyə sahəsində çalışan baş həkimlər, baş həkimlərin müavinləri, tibb işçiləri, mətbuat nümayəndələri iştirak edib.

Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin kadrlar şöbəsinin müdiri Aris Rüstəmov mühazirəni giriş sözü ilə açaraq Davamlı Tibbi Təhsil (DTT) haqqında geniş məlumat verib. Bildirib ki, Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən təsdiq edilmiş Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.
Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Natiq çıxışı zamanı qeyd edib ki, əvvəllər həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi təkmilləşdirmə kurslarında beş ildə bir dəfə iştirakı vasitəsilə həyata keçirilirdi. Lakin yeni Qaydalara götə həkim 5 ildə bir dəfə deyil, davamlı olaraq peşə, bilik və bacarıqlarını təkmilləşdirməlidir. Bu baxımdan davamlı tibbi təhsil həkimlərin fasiləsiz peşəkar təkmilləşdirilməsini təmin edir, peşə, bilik və bacarıqlarının yüksəldilməsinin müxtəlif üsullarından istifadə etmək üçün geniş imkanlar yaradır, onların fərdi peşəkar inkişafları ilə bağlı məsuliyyətini artırır.
Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Rayon mərkəzi xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, rayonumuzda inşa olunan 145 çarpayılıq mərkəzi xəstəxana kompleksi səhiyyə sahəsində çalışan insanlara göstərilən diqqətin ən bariz nümunəsidir.
Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Mərkəzin direktoru Kamandar İbrahimov çıxış edərək səhiyyə sahəsində çalışan həkimlər üçün belə bir imkanın yaradılmasına görə Ölkə Prezidenti İlham Əliyevə və Səhiyyə Naziri Oktay Şirəliyevə rəhbərlik etdiyi kollektiv adından öz minnətdarlığını bildirib.
Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Sonda mühazirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Qazaxda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş