Xidmət sahəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib » Göyəzən internet portalı


Xidmət sahəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Xidmət sahəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
Bu gün 2017-ci il üçün Qazax rayon İcra Hakimiyyətinin mülki müdafiə tədbirlər planına uyğun olaraq Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən rəhbər heyətin mülki müdafiə məşqinə obyektin rəhbər heyəti, fövqəladə hallar komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə dəstələrinin komandir-rəis heyəti cəlb olunub.

Məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətin funksional vəzifələrinin yerinə yetirilməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirmək, rəhbər heyətə mülki müdafiə tədbirlərini idarə etmək təcrübəsini öyrətmək və siqnallar cədvəlindən istifadə etməklə məlumatların hazırlanması və ötürülməsini təşkil etmək olmuşdur.

Xidmət sahəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
Xidmət sahəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş