• Təqvim

  • Unutma

  • Maraq



YAP Qazax rayon təşkilatında Şura iclası keçirilib

YAP Qazax rayon təşkilatında Şura iclası keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar Şura iclası keçirilib. İclasda partiya üzvləri, şura sədrləri, idarə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak edib.

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov giriş sözü ilə çıxış edərək bildirib ki, biz hər il ənənəvi olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasının ildönümünü qeyd edirik. 2018-ci ildə partiyanın yaradılmasının 25 ili tamam olur. Bununla əlaqədar rayon təşkilatı olaraq tərəfimizdən Tədbirlər Planı hazırlanıb. Bugünkü iclasın keçirilməsinin məqsədi odur ki, həmin tədbirlər planında öz əksini tapan məsələləri müzakirə edək və bu istiqamətdə görüləcək işlərə öz münasibətimizi bildirək.

Daha sonra H.Pənahov bildirib ki, YAP-ın yaranma dövrünü göz önünə gətirdiyimiz zaman görürük ki, partiyamız üzləşdiyi bütün çətinliklərdən, sınaqlardan həmişə üzü ağ çıxmışdır. Bu gün YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir və ən böyük partiyasıdır. YAP sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətlərini göstərirlər.

YAP-nın yaradıcısı, ulu öndər Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə siyasi və iqtisadi islahatlar uğurla aparılır. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilib və bu investisiyalar hesabına Azərbaycan bu gün sürətlə inkişaf edir. Bütün dünyada etibarlı tərəfdaş imici qazanıb.

Sonra tədbir iştirakçıları çıxış edərək öz istək və təkliflərini qeyd ediblər.

YAP Qazax rayon təşkilatında Şura iclası keçirilib
GOYEZEN.AZ



Facebook-da paylaş