Azərbaycanda əhalinin sayı 9 mln. 850,1 min nəfərə çatıb » Göyəzən internet portalı


Azərbaycanda əhalinin sayı 9 mln. 850,1 min nəfərə çatıb

Azərbaycanda əhalinin sayı 9 mln. 850,1 min nəfərə çatıb
2017-ci ilin yanvar-iyun aylarında əhalinin sayı 40096 nəfər və ya 0,4% artaraq 2017-ci il iyul ayının 1-i vəziyyətinə 9 mln. 850,1 min nəfərə çatıb.

“Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində 68885 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1208-i əkiz, 27-si üçəmdir.

Cari ilin birinci yarısında ölkədə 29477 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27153 nikah və 7287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.

GOYEZEN.AZ


Facebook-da paylaş