Qazax “Təmiz şəhər” elan olunmuşdur » Göyəzən internet portalı


Qazax “Təmiz şəhər” elan olunmuşdur

Qazax “Təmiz şəhər” elan olunmuşdur
Rayonumuzda tikinti-quruculuq işləri gündən-günə daha geniş vüsət alır. Şəhərimiz getdikcə daha da gözəlləşir, siması sözün yaxşı mənasında get-gedə dəyişir. Min bir zəhmət bahasına yaradılan bu gözəllik, yaşıllıq və abadlığı isə qorumaq lazımdır. Bundan ötrü hər bir rayon sakini öz şəhərinə, yaşadığı küçə və həyətə doğma münasibət bəsləməli, onun təmiz olması və saxlanması üçün əlindən gələni əsirgəməməlidir.

Abadlığı, yaşıllığı, səliqə-sahmanı yaratmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Odur ki, hər bir qazaxlı öz şəhərinə doğma evi kimi baxmalı, onun təmiz və səliqə-sahmanlı olmasına çalışmalıdır.

Şəhərimizin səliqəli və təmiz olması üçün rayon İcra Hakimiyyəti Qazaxı “Təmiz şəhər” elan etmişdir. Artıq bu istiqamətdə bir çox addımlar atılmışdır. İcra Aparatı tərəfindən şəhərdəki bütün evlərə bununla əlaqədar bildirişlər göndərilmiş, sakinlərə iməclik və digər təmizləyici tədbirlərin həyata keçirilməsi tövsiyə olunmuşdur.

Görülən bu tədbirlər öz nəticəsini vermiş və şəhər sakinləri bu ümumşəhər işinə həvəslə qoşulmuşlar. Bununla əlaqədar ayrı-ayrı küçələrdə, idarə və müəssisələrin yerləşdiyi ərazilərdə təmizlik tədbirləri həyata keçirilmiş, həmin yaşayış sahələrində səliqə-sahman yaradılmışdır. Görülən bu işlərin nəticəsidir ki, bu gün Qazaxın prospekt və küçələrində, park və bağça-bağlarında bir təmizlk hökm sürür.

Sakinlər öz doğma şəhərlərini təmiz saxlamaq üçün əllərindən gələni əsirgəmirlər.


Facebook-da paylaş