Avqust ayında hava necə olacaq? » Göyəzən internet portalı


Avqust ayında hava necə olacaq?

Avqust ayında hava necə olacaq?
Avqust ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Qazax rayonunda gecələr 20-25, gündüzlər isə 31-36, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 15-20 mm) olacağı gözlənilir.


Facebook-da paylaş