Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək » Göyəzən internet portalı


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
GOYEZEN.AZ AZƏRTAC-ın məlumatına əsasən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov iyulun 14-də Şəmkir rayonunda vətəndaş qəbulu keçirəcək. Heydər Əliyev Mərkəzində saat 12:00-da təşkil olunacaq qəbulda Şəmkir ilə yanaşı, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, Kərəm Həsənov komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri ilə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 105 və 349), komitənin 12 saylı ərazi şöbəsinin (2229) 5-17-96, (2230) 2-33-71, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı ərazi idarəsi: (02230) 5-35-90, (02232) 6-01-54 nömrələri ilə əlaqə saxlaya bilərlər. Eyni zamanda, Qazax rayonu, H.Əliyev küçəsi, 75 və Şəmkir şəhəri, AZ 5700, H.Əliyev prospekti, 13 ünvanlarına müraciət edərək qəbula yazılmaq mümkündür.


Facebook-da paylaş