• Təqvim

  • Unutma

  • Maraq



İlham Əliyev: "Biz heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"

İlham Əliyev: "Biz heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"
"Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Biləsuvar Mərkəzi rayon Xəstəxanasında xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Ölkə başçısı deyib ki, buna görə də daxili resurslar artırılmalıdır: "Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir. Kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir. Emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var. Bu işlər daha da sürətlə getməlidir. İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır".

Prezident deyib ki, sahibkarlar aparılan islahatlara çox müsbət reaksiya verirlər: "İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır. Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq.


Facebook-da paylaş