• Təqvim

  • Unutma

  • Maraq



ELAN

ELAN
İDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikamızda təbiətin mühafizəsi, ekoloji tarazlığın, ağacların və təbii sərvətlərin qorunması məqsədilə tullantıların idarə olunmasına, təkrar emalın təşviq edilməsinə yönəldilmiş kağız, karton və plastik tullantıların çeşidlənərək yığılması və təkrar emala verilməsi layihəsi həyata keçirilməyə başlanıb.

Bununla əlaqədar Qazax rayonunda çeşidlənmiş tullantıların qəbulu məntəqəsi yaradılıb. Tullantılar Qazax şəhəri Ə.Şıxlinski küçəsi köhnə RTS binasında qəbul edilir. Kağız tullantıların 1 tonu üçün 50 manat, plastik tullantıların 1 tonu üçün isə 110 manat pul verilir.

Məlumat üçün bildiririk ki, kağiz tullantılarından tetrapak qutular (süd, meyvə şirələrinin qablaşdırıldığı kağız paketlər), üzərində laminasıya (plonkalı) olan etiketlər və ayaqqabı qutuları, plastik tullantılarından isə bütün növ sərt plastik tullantılar (məs: televizor plastiki, avtomobil buferi və s.) qəbul edilmir.

Əlaqə telefonu: (050) 545-68-04


Facebook-da paylaş