Səyyar “ASAN qatar” beşinci dəfə Qazaxda vətəndaşlara xidmət göstərəcək
Cənab Prezident
İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı
regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki
avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”ların bölgələrimizdə vətəndaşlara
xidmət göstərməsi artıq bir ənənə halına çevrilib. İlk dəfə olaraq 2017-ci
ildə fevralın 1-dən 15-nə kimi Qazaxda fəaliyyətə başlayan Səyyar
"ASAN qatar”ın əməkdaşları tərəfindən sakinlərə
göstərilən xidmətlərdən vətəndaşlar bu gün də razılıq edirlər. İkinci dəfə, 2018-ci ilin sentyabr ayının 3-dən 27-dək Qazaxda
fəaliyyət göstərən Səyyar "ASAN qatar”ın vətəndaşlara göstərdiyi xidmətlər bir
daha göstərdi ki, dünyada brend kimi tanınan "ASAN xidmət”in nüfuzu ildən-ilə artır. Üçüncü dəfə, 2019-cu ilin sentyabr ayının 2-dən oktyabr ayının 1-dək, dördüncü dəfə, 2020-ci ilin fevral
ayının 3-dən 29-dək sakinlərə xidmət göstərən Səyyar "ASAN
qatar”ın əməkdaşları bir
daha nümayiş etdirdi ki, bütün xidmətlərin göstərilməsində əsas məqsəd vətəndaş
məmnunluğuna nail olmaqdır. Bu il artıq beşinci dəfə olaraq Səyyar "ASAN
qatar” Qazaxda iyun ayının 10-dan 25-dək Qazax şəhəri, Ə.Qədirov
küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında növbəti dəfə rayon sakinlərinə xidmət göstərəcək. Səyyar şəkildə göstərilən
xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim ediləcək.
Səyyar "ASAN qatar” vasitəsilə sakinlərə 16 gün müddətində səyyar formada göstərilən
xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət
vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi
və dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat
fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində
mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların,
texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına
alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən
arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar
dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların
verilməsi, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının
təyin edilməsi, funksional
yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb
xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqqlarının qəbulu) daxil olacaq. Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi
və şənbə günü saat 10:00-dan 18:00-dək, hazır sənədin verilməsi isə həftə içi və
şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata
keçiriləcək. Səyyar
"ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin
vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin
etməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş