"Qazax” Xeyriyyə İctimai Birliyi bayram ərəfəsində Qazaxda sərhəddə yaşayan ailələrə sovqat paylayıb
Respublika Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması
səbəbindən elan olunmuş xüsusi karantin rejimi dövründə aztəminatlı
vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi
dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Ölkə Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına
əsasən Qazax Rayon İcra Hakimiyyəti və "Qazax”
Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start
verilən sosial aksiya da məhz bu məqsədi
daşıyır. Ölkə rəhbərinin pandemiyanın əhaliyə mənfi təsirlərini
azaltmaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəkləməkdir. İlk gündən bu xeyirxah
aksiyaya qoşulan "Qazax” Xeyriyyə İctimai Birliyi müqəddəs Ramazan bayramı ərəfəsində
də sərhəddə yaşayan sakinləri unutmayıb. Bu gün sosial aksiya çərçivəsində Qazaxın sərhəd kəndləri
olan Cəfərlidə 181, Bala Cəfərlidə isə 27 ailəyə un məhsulundan ibarət sovqat paylanılıb. "Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən
xeyriyyə aksiyası sərhəddə yaşayan sakinlər tərəfindən də böyük razılıqla
qarşılanıb. Xüsusi karantin rejimi elan edildiyi ilk gündən artıq neçənci
dəfədir ki, dövlətin qayğısını hiss etdiklərini qeyd ediblər. Bu çətin günlərdə onlara
göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər. Müqəddəs bayram ərəfəsində onları bir daha yad etdiklərinə,
dəstək olduqlarına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova, "Qazax”
Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov
başda olmaqla əməyi keçən insanlara minnətdarlıq ediblər. Cəfərli kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş