Əhalinin tibbi müayinəsi uğurla davam edir » Göyəzən internet portalı


Əhalinin tibbi müayinəsi uğurla davam edir

Əhalinin tibbi müayinəsi uğurla davam edir
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir.

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi personal bu işə cəlb olunub.

Fevral ayının 15-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Kəndlərdə və digər yerlərdə yataq xəstələrinə həkim briqadaları evlərdə tibbi xidmət göstərir, eyni zamanda rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə tam tərkibdə səyyar həkim briqadaları ezam olunur.
Əhalinin tibbi müayinəsi uğurla davam edir
Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov GOYEZEN.AZ saytına bildirib ki, rayonumuzda 18 yaşdan yuxarı olan əhalinin sayı 70312 nəfərdir. Tibbi müayinə Müalicə Diaqnostika Mərkəzi ilə yanaşı, rayon üzrə iki daimi məntəqədə və bir səyyar briqada tərəfindən aparılır. Tibbi müayinə başlayan gündən aprelin 1-nə kimi xəstəxana üzrə rayonda 28801 nəfər tibbi müayinədən keçib.
Əhalinin tibbi müayinəsi uğurla davam edir
Rayonun 15 yaşayış məntəqəsində tibbi müayinə demək olar ki, başa çatıb. Bununla yanaşı, artıq 22 təşkilatın kollektivi də müayinədən keçib. Müayinədən keçənlərin 402 nəfərinə ambulator müalicə təyin edilib, 110 nəfəri stasionar müalicəyə cəlb olunub. 55 nəfərdə cərrahiyə əməliyyatı aparılıb. 54 nəfəri isə əlavə ixtisaslı müayinədən keçmək üçün Bakı şəhərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.
Əhalinin tibbi müayinəsi uğurla davam edir
K.İbrahimov qeyd edib ki, Müalicə Diaqnostika Mərkəzində 5063 nəfər tibbi müayinədən yararlanıb. Onlardan 232 nəfərində xəstəlik aşkar olunub. Tibbi müayinədən keçənlərin 71 nəfəri stasionar, 96 nəfəri isə ambulator müayinəyə cəlb edilib. 65 nəfər isə əlavə ixtisaslı müayinələrdən keçmək üçün Bakıya göndərilib.
Əhalinin tibbi müayinəsi uğurla davam edir
Əhalinin tibbi müayinəsi uğurla davam edir
Hazırda rayonda əhalinin tibbi müayinəsi uğurla davam edir.

Elçin İSMAYIL


Facebook-da paylaş